Monogenizm (mono... +yun. genos — cins, mənşə) — antropologiyada insanların mənşə birliyi və insan irqlərinin bir-biri ilə qan qohumluğu haqqında təlim. Monogenizmə əsasən müasir insanın bir növü (homo sapiens) var; insan irqləri isə Yer kürəsinin müxtəlif coğrafi zonalarında müasir insan növünün məskunlaşması nəticəsində əmələ gələn növdaxili qruplardır. Monogenizm bir çox antropoloji faktlarla sübut edilir; əsas fakt budur ki, bütün insan irqlərinin təmasda olan zonalarında metis qruplar əmələ gəlir və çoxalmağa qabil nəsil verir.[1]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search